Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Quba şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirib. “Heydər Əliyev ili”nə həsr olunuş konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalları iştirak edib. Konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak omuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
  
İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. 
  
Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
  
Daha sonra konfransda Quba rayon Xucbala kənd tam orta məktəbin tarix müəllimi Ayişə Şabutova, Qusar rayon Müəllimlər Evinin direktoru Həsənov Robert, Quba şəhər Texniki Təmayüllü liseyin tarix müəllimi Elxan Məmmədov, Qaraçay kənd tam orta məktəbin tarix müəllimi Bariz Allahverdiyev, Quba-Xaçmaz RTİ-nin Quba sektorunun tarix fənni üzrə metodisti Mənsur İlyasov çıxış edərək mövzu ilə bağlı məruzə ediblər. 

Tədbirin sonunda şagirdlərin ifasında şeirlər, mahnılar dinlənilib. 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo